BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, dekabrın 19-da Misirin Qahirə şəhərindəki Zirvə görüşündə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanı üzvlüyə qəbul edib.
Məsələylə bağlı Azərbaycanın dostu, qardaş Türkiyənin keçmiş xarici işlər naziri, hazırda isə millət vəkili Mevlüt Çavuşoğlu təbrik paylaşımı edib: “D-8 Zirvəsində üzvlüyə qəbul edilən Can Azərbaycanı ürəkdən təbrik edirəm. Türk və islam dünyasının önəmli mədəniyyət mərkəzləri arasında yer alan Azərbaycanın Təşkilata önəmli qatqılar təmin edəcəyinə əminəm. Qurulduğundan bəri ilk dəfə genişlənmə addımı atan D-8-in yeni üzv və ortaqlarla önümüzdəki dönəmdə güclənməyə davam edəcəyinə inancım tamdır”.
D-8 Zirvesinde üyeliğe kabul edilen Can Azerbaycan'ı yürekten kutluyorum. Türk ve İslam dünyasının önemli medeniyet merkezleri arasında yer alan Azerbaycan’ın Teşkilata önemli katkılar sağlayacağına eminim. Kurulduğundan beri ilk kez genişleme adımı atan D-8’in yeni üye ve… pic.twitter.com/ZYppb6W5NH
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) December 19, 2024
İlk şərhi yaza bilərsiniz