Press "Enter" to skip to content

“Liderlik Bacarıqlarının İnkişafı” Proqramı yekunlaşıb

“Liderlik Bacarıqlarının İnkişafı” Proqramı yekunlaşıb

BAYRAQDAR MEDİA – ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzi ilə birgə təşkil etdiyi “Liderlik Bacarıqlarının İnkişafı” Proqramını başa vurub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu münasibətlə ADA Universitetində bağlanış mərasimi keçirilib, iştirakçılara sertifikatları təqdim edilib. Mərasimin ilk çıxışçısı, ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri Aygün Hacıyeva qeyd edib ki, peşəkar mühitdə durmadan dəyişən yeni tendensiyalar, idarəetmədə tətbiq edilən innovasiyalar fonunda dövlət qulluqçularının daimi inkişafının təmin edilməsi, onların liderlik bacarıqlarının inkişafı əhəmiyyətlidir. Bunları nəzərə alan İxtiasartırma Proqramı 30-dək dövlət qurumunu təmsil edən 3 mindən çox dövlət qulluqçusunun iştirakı ilə müxtəlif proqramlar təşkil edib və bu proqamlar özlüyündə qurumlararası bilik, bacarıq mübadiləsi platforması rolunu oynayıb”.

Daha sonra xəbərdə, “İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Amil Əlili çıxış edərək kadr potensialının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə təşkil edilən proqramların yüksək rəqabətli insan kapitalının formalaşdırılmasındakı rolu qeyd edilib. A.Əlili proqramın səmərəli təşkilinə görə ADA Universitetinə təşəkkürünü bildirib. Proqam iştirakçıları təlimlərin idarəetmə, liderlik, komanda quruculuğu və nitq bacarıqlarının təkmilləşdirilməsi baxımından faydalı olduğunu qeyd ediblər” deyə qeyd edilir.

Xatırladaq ki, iki aydır davam edən proqram 7 moduldan ibarət olub.

Həmin modullar liderlik bacarıqları, etiket və protokol qaydaları, habelə komandanın uğurlu idarə edilməsi və motivasiya kimi mövzuları əhatə edib. Strategiyanın planlaşdırılması və icrası, dəyişikliklərin idarə edilməsi, danışıqların aparılması, nitq bacarıqları və liderlik ünsiyyəti məsələləri də modulların mövzuları sırasında yer alıb.

Dövlət, özəl və akademik sektorun ekspertləri tərəfindən tədris edilən və interaktiv formatda keçirilən proqramda iştirakçılar təqdimatlar, “beyin fırtınası” və real hadisə analizi kimi sessiyalarda iştirak ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.