Press "Enter" to skip to content

Hasan Turan UNAMI-nin nümayəndə heyəti ilə görüşüb

Hasan Turan

Son yeniləmə: 20 Dekabr 2024 18:53

BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin sədri Hasan Turan Birləşmiş Millətlər Təşkilatının İraqa Yardım Missiyası (UNAMI) heyəti ilə görüşüb.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Bildirilib ki, “yığıncaqda UNAMI-nin siyasi məsələlər şöbəsinin müdiri Manoj Metyu və eyni şöbədən Abbas Hifaci iştirak edib. İTC Bağdad vilayətinin sədri Gülşen Cəlalın da iştirak etdiyi toplantıda İraqdakı siyasi vəziyyət və regional hadisələr, türkmənlərin hüquqlarının qorunması və siyasi proseslərdə ədalətli təmsil olunması müzakirə edilib”.

Məlumata görə, Hasan Turan İraqda sabitliyin təmin edilməsində BMT-nin rolunun vacibliyinə diqqət çəkib və türkmənlərin hüquqlarının təmin olunmasının vacibliyini vurğulayıb.

H.Turan, “Türkmənlərin ədalətli siyasi iştirakının təmin edilməsi İraqın milli bütövlüyü üçün həyati əhəmiyyət kəsb edir”deyib.

BMT nümayəndə heyəti İraq Türkmən Cəbhəsinə İraqda sabitlik və ictimai harmoniya səylərinə verdiyi töhfələrə görə təşəkkür edib və dialoq və əməkdaşlığın davam etdirilməsi lazım olduğunu bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.