Press "Enter" to skip to content

Şuşa ilə bağlı kitabın təqdimatı

Şuşa ilə bağlı kitabın təqdimatı

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Milli Elmlər Akademiyası akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin “Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında”  kitabının təqdimat mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbiri giriş sözü ilə Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, Dos. Mirniyaz Mürsəlov açıb. O, sözügedən kitabın nəşr olunmasının 30 illik işğal dövründə erməni qəsbkarları tərəfindən maddi-mədəni irsə qarşı törədilmiş vandallıq aktlarının, o cümlədən dağıdılmış, təhqir və ya təhrif edilmiş abidələrin müəyyənləşdirilməsi istiqamətində çox böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Prorektor Şuşa şəhərinin tarixinin və maddi-mədəni irsinin yeni baxış bucağı və reallıqlar əsasında tədqiq edilməsinin tariximizin öyrənilməsi baxımından önəmliyni diqqətə çatdırıb”.

Sonra xəbərdə, “kitabın müəllifi E.Mustafayev çıxış edib. Müəllif kitabın yazılması prosesi, tədqiaqt dövründə Şuşaya səfəri və orada gördükləri haqqında fikirlərini bölüşüb. Təqdim olunan kitabın, ümumilikdə, Qarabağın, xüsusilə Şuşa şəhərinin tarixi, maddi-mədəni irsi ilə tanış olmaq istəyən şəxslərdə dolğun təsəvvür yaradacağını, aparılan tədqiqatın əsas nəticəsi, elmi-nəzəri əhəmiyyəti, eyni zamanda, araşdırmanın materialları, tarix, epiqrafika, filologiya, dinşünaslıq və ilahiyyat fənlərinin tədris olunduğu ali təhsil müəssisələrində mühazirə və seminarlar zamanı istifadə edilə biləcəyini söyləyib” deyə qeyd edilir.

Xəbərdə həmçinin deyilir ki, “kitabın elmi redaktoru və Ön sözün müəllifi akademik Gövhər Baxşəliyeva, rəyçiləri isə Prof. Sakit Hüseynov və tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasovdur. Tədqiqat əsəri struktur baxımından giriş, iki fəsil, bir neçə paraqraf, nəticə və ədəbiyyat siyahısından ibarətdir”.

Əsərin I fəslində Qarabağın və Şuşa şəhərinin tarixinə, toponimikasına, bu torpaqlarda yaşamış xalqların etnogenezinə və XIX əsrin ikinci yarısınadək bu coğrafiyada cərəyan etmiş ictimai-siyasi hadisələrə qısa şəkildə nəzər salınıb.

Əsərin II fəslində Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi, XVIII-XIX əsrlərdə bu regionda hakim olmuş ictimai-dini ideologiya, o cümlədən iqtisadi-siyasi vəziyyət və bir sıra digər məsələlər epiqrafik abidələr əsasında tədqiq edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.