Son yeniləmə: 19 Dekabr 2024 12:20
BAYRAQDAR MEDİA – Özbəkistanın Ali Məclisi 2025-2026-cı illər üçün hazırlanmış Dövlət Büdcəsi Qanununu ikinci oxunuşda qəbul edib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “iclasda səslənən fikirlərə görə, 2025-2026-cı illər üçün hazırlanan Dövlət Büdcəsi Qanununda əsas diqqət xalqın rifahının yüksəldilməsi, yoxsulluğun azaldılması, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ekoloji təmiz iqtisadiyyatın yaradılmasına yönəldiləcək”.
Bundan əlavə, ölkədəki iqtisadi şərtlər nəzərə alınmaqla, inflyasiyanın 2025-ci il üçün təxminən 7 faiz olacağı gözlənilir.
İlk şərhi yaza bilərsiniz