Son yeniləmə: 19 Dekabr 2024 14:13
“MÜSİAD Azərbaycan üzvlərinin #BirVəBərabər” adlı görüş keçirilib
BAYRAQDAR MEDİA – “MÜSİAD Azərbaycan İstehsal və Ticarət Komissiyası, Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyasının birgə təşkilatçılığı ilə 100-dən çox iş adamının iştirak etdiyi “MÜSİAD Azərbaycan üzvlərinin #BirVəBərabər” adlı görüş keçirilib”.
“MÜSİAD Azərbaycan”dan BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.
Qeyd edilir ki, görüşün əsas məqsədi sahibkarlar arasında B2B əlaqələrin qurulmasını dəstəkləmək və ticari əlaqələri daha da gücləndirmək olub.
Məlumata görə, görüşdə Türkiyənin Azərbaycandakı ticarət müşavirləri, MÜSİAD Azərbaycan üzvləri və dəvətli qonaqlar iştirak ediblər: “Görüş zamanı üzvlərimiz ticarətin inkişafı, ixracın həcmi, fəaliyyətlərdə fəal iştirak və investisiya qoyuluşlarına verdikləri töhfələrə görə xüsusi təşəkkürnamələrlə təltif olundular”.
Görüşdə daha bir əlamətdar məqam üzvlərin – Proyapı Mühendislik və EUROCLİMA şirkətlərinin görüşün ev sahibliyini edən Seranit şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalaması olub: “İş dünyasında yeni əlaqələrin qurulması və əməkdaşlıqların inkişaf etdirilməsi baxımından görüş uğurlu və faydalı oldu. MÜSİAD Azərbaycan olaraq bütün üzvlərimizə göstərdikləri dəstəklərə görə minnətdarlığımızı bildirir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik. Eyni zamanda, tədbirə ev sahibliyi edərək qonaqpərvərliyini nümayiş etdirən Seranit Azərbaycan şirkətinin direktoru cənab Ufuk Polat bəyə xüsusi təşəkkürümüzü bildiririk”.
İlk şərhi yaza bilərsiniz