Son yeniləmə: 19 Dekabr 2024 11:13
BAYRAQDAR MEDİA – 2023-cü il Nobel Sülh Mükafatının qalibi, Güney Azərbaycanlı hüquq müdafiəçisi və siyasi məhbus Nərgiz Məhəmmədi dekabrın 18-də Norveç parlamentinin sədri Məsud Qaraxani ilə virtual söhbətində bölgədəki son hadisələrə toxunub.
Xəbəri “Azad İran” Telegram kanalı “Iran International”a istinadla yayımlayıb.
N.Məhəmmədi bildirib ki, “İran hökuməti bölgədə apardığı fəaliyyətlərə və proksi qüvvələrinə ayırdığı imkanlara baxmayaraq, son aylarda böyük uğursuzluqlar yaşayıb. İslam Respublikasının ölkə daxilində qanunsuz və yalnız repressiyaya əsaslanan güc nümayiş etdirdiyini nəzərə alsaq, demokratiyaya gedən yolumuz daha hamar olacaq. İnsanlar 46 ildir ki, öz hüquqları uğrunda mübarizə aparırlar, ancaq bu, azadlığı gerçəkləşdirmək üçün indi daha uyğun bir dövrdür”.
İlk şərhi yaza bilərsiniz