Son yeniləmə: 19 Dekabr 2024 09:27
Türkiyə və Azərbaycandan olan iş adamları arasında ikili iş görüşmələri (B2B) keçirilib
BAYRAQDAR MEDİA – Türkiyə ilə Azərbaycan arasınd abütün sahələrdə uğurla inkişaf edir. Bu özünü iqtisadi sahədə, o cümlədən iş adamları arasında əlaqələrdə də göstərir.
Elə dekabrın 18-də reallaşan tədbir də deyilənləri bir daha təsdiqləyir.
Məlumat üçün bildirək ki, dekabrən 18-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi, Ankara OSTİM Mütəşəkkil Sənaye Bölgəsinin Xarici Ticarət Koordinatorluğu və OSTİM Tibb Bölməsinin birgə təşkilatçılığı ilə Türkiyə və Azərbaycandan olan iş adamları arasında ikili iş görüşmələri (B2B) keçirilib.
ATİB-dən verilən məlumata görə, tədbirin açılışında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Anatoliy Rafailov, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, OSTİM Xarici Ticarət Koordinatoru Esma Akyüz və OSTİM Tibb Bölməsinin rəhbəri Fatin Dağçınar çıxış ediblər.
Çıxışçılar bu növ görüşlərin qardaş ölkə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin dövlət başçılarının xarici ticarət həcminin artırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə nail olunmasında əhəmiyyəti barədə danışıblar.
Məlumata əsasən, rəsmi hissənin sonunda qonaq heyətə Azərbaycan-Türkiyə İş Adamları Birliyi adından xatirə hədiyyələri təqdim edilib.
Daha sonra yerli və türk iş adamları arasında B2B görüşlər olub.
İlk şərhi yaza bilərsiniz