BAYRAQDAR MEDİA – Dekabrın 18-də Təbriz Universitetinin tələbələri hicabın əhəmiyyəti barədə keçirilən seminardan sonra müxtəlif Azərbaycan rəqsləri ilə məcburi hicaba qarşı etirazlarını nümayiş etdiriblər.
Xəbəri “Azad İran” Telegram kanalı “Araz News”a istinadla yayımlayıb.
Xəbərə əsasən, Təbrizli tələbələrin rəqsləri sosial mediada geniş marağa səbəb olub. Seminarda universitet rəhbərliyi İslamda hicabın əhəmiyyəti və qadınların ona riayət etmələrinin vacibliyindən danışıb. Çıxış edən şəxslər getdikdən sonra isə Universitetin xanım tələbələri səhnəyə gələrək “Pəncərədən daş gəlir” musiqisi sədaları altında öz rəqs məharətlərini göstəriblər.
İlk şərhi yaza bilərsiniz