Press "Enter" to skip to content

Elmi-tədqiqat institut və mərkəzlərinin 2024-cü ildə fəaliyyətlərinə dair iclası

Elmi-tədqiqat institut və mərkəzlərinin 2024-cü ildə fəaliyyətlərinə dair iclası

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) tabelikdə olan elmi-tədqiqat institutları və mərkəzlərinin rəhbərlərinin iştirakı ilə 2024-cü ilin yekunlarına və növbəti ildə həyata keçiriləcək tədbirlərə həsr olunan iclas keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “iclasda giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev səhiyyə sisteminin inkişafının Azərbaycanda prioritet məsələlərdən olduğunu vurğulayıb. Nazir, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətlərindəki çatışmazlıqlar təhlil edilərək gələcək üçün sistemli yanaşmanın tətbiqinə imkan verən müasir idarəçilik strategiyası, əhali üçün daha əlçatan və mütərəqqi tibbi xidmətlər platformasının hazırlanmasının vacibliyini qeyd edib”.

Sonra xəbərdə, “iclasda SN-in tabeliyində olan K.Y.Fərəcova adına Elmi-Tədqiqat (ET) Pediatriya İnstitutunun direktoru Aynur Poluxova, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, akademik C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova, ET Travmatologiya və Ortopediya İnstitutunu direktoru Rüstəm Talışinski, ET Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova, ET Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova, ET Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyeva, V.Y.Axundov adına ET Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru Sərdar Əsədovun hesabatları dinlənilib” deyə bildirilir.

Təqdimatlardan sonra nazir əldə olunan nailiyyətlərlə yanaşı, problemlərin də mövcudluğunu diqqətə çatdırıb. T.Musayev nazirliyin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institut və mərkəzlərində müasir yanaşmalara əsaslanan korporativ idarəetmə mexanizmlərinin tətbiqinin vacibliyini qeyd edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.