Press "Enter" to skip to content

DSMF ali mükafata layiq görülüb

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 19 Dekabr 2024 12:23

BAYRAQDAR MEDİA – “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Global Financial Market Review” (GFM) beynəlxalq mükafat proqramının (Birləşmiş Krallıq) “Global Financial Market Review – Awards 2024” müsabiqəsində qalib seçilib”.

Bu barədə BAYRAQDAR MEDİA-ya DSMF-dən məlumat verilib.

Bildirilib ki, “DSMF-nin müsabiqə işinə münsiflər tərəfindən yüksək qiymət verilib və Fond “İlin Ən Yaxşı Pensiya Məsləhətçisi 2024” ali mükafatına layiq görülüb. Fondun adı beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki “Qaliblərin siyahısı”nda da yer alıb. Müsabiqədə DSMF ilə yanaşı ABŞ, Türkiyə, BƏƏ, Kanada, Birləşmiş Krallıq, Avstraliya, Sinqapur, Meksika, Malayziya, CAR, Nepal, Braziliya və s. daxil olmaqla 60-dan çox ölkədən dövlət və özəl qurumlar iştirak edib. Bu, DSMF-nin 2024-cü il ərzində layiq görüldüyü 31-ci, 2021-2024-cü illər ərzində isə 54-cü beynəlxalq mükafatdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.