Press "Enter" to skip to content

Dövlətin “gizli konstitusiyası” yenilənir

"Qırmızı kitab"

Son yeniləmə: 19 Dekabr 2024 09:15

Türkiyədə “Qırmızı kitab” ətrafında gəlişmələr

BAYRAQDAR MEDİA -Türkiyədə İctimaiyyət arasında “Qırmızı kitab” kimi tanınan Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi üzrə işlər başa çatıb. Dövlətin gizli konstitusiyası kimi də dəyərləndirilən bu sənəd dövlətin daxili və xarici təhlükə qavrayışlarını ehtiva edən kritik sənəd kimi tanınır.

Bu barədə Türkgün Gazetesi məlumat yayıb.

Bildirilib ki, “Cümhurbaşqanı Recep Tayyip Erdoğanın göstərişi ilə başlanan yeniləmə prosesi çərçivəsində 2024-cü ilin ilk aylarında nazirliklərdən və əlaqədar təşkilatlardan rəylər toplanıb. Bu kontekstdə aparılan işlər Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi tərəfindən koordinasiya edilib”.

Məlumata əsasən, dekabrın əvvəlində Milli Təhlükəsizlik Şurasının Baş Katibliyində “gizli” iclas keçirilib: “Vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə keçirilən toplantıda “Qırmızı kitab”la bağlı ediləcək tənzimləmələr ətraflı müzakirə edilib. Görüş yüksək səviyyəli təhlükəsizlik tədbirləri ilə yadda qalıb. İştirakçıların mobil telefonları və smart saatları görüşə buraxılmayıb.Yenilənmiş sənədin Cümhurbaşqanı R.T.Erdoğanın sədrliyi ilə keçiriləcək Milli Təhlükəsizlik Şurasının ilk iclasında müzakirəyə çıxarılacağı gözlənilir”.

Məlumatda əlavə edilib ki, Milli Təhlükəsizlik Siyasəti Sənədi təhdid qavrayışındakı dəyişikliklərə paralel olaraq vaxtaşırı yenilənir: “Sənədə son düzəliş 30 sentyabr 2019-cu ildə Cümhurbaşqanı R.T.Erdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında edilib. Dövlətin milli təhlükəsizlik siyasətlərinin əsasını təşkil edən bu sənəd daxili və xarici təhdidlərə qarşı görüləcək tədbirləri və müdafiə strategiyalarını müəyyən edir. Sənədin yenilənməsi həm regional, həm də qlobal təhlükələrə qarşı qətiyyətli mövqe tutmaq baxımından əhəmiyyətlidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.