Press "Enter" to skip to content

Dəməşqdə “İran izi”

İran və Hizbullahın istifadə etdiyi qərargah

Son yeniləmə: 19 Dekabr 2024 12:11

İran və Hizbullahın istifadə etdiyi qərargahda 20-dən çox cəsəd tapılıb

BAYRAQDAR MEDİA – Suriyada Əsəd rejiminin devrilməsindən sonra ölkənin bir çox yerində kütləvi məzarlıqlara və cəsədlərə rast gəlmək davam edir.

Bu barədə İhlas Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “paytaxt Dəməşqin Seyyidə Zeynəb bölgəsində Seyyidə Zeynəb məscidinin arxasında yerləşən İran və Hizbullahın qərargah kimi istifadə etdiyi binanın dərman anbarında aralarında uşaqların da olduğu 20-dən çox adamın cəsədi tapılıb. Hadisə yerinə gələn mülki müdafiə qrupları araşdırmalara başlayıb”.

Məlumata görə, digər tərəfdən, qərargahda İran və Hizbullaha aid görüntülər, nəqliyyat vasitələri, məhv edilmiş elektron cihazlar və pul qutuları tapılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.