Press "Enter" to skip to content

Azərbaycan daha bir nüfuzlu qurumun üzvü oldu

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Dekabrın 19-da Misirin paytaxtı Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı keçirilib. Toplantıda Azərbaycanın quruma üzvlüklə bağlı müraciətinə baxılıb. Baş nazir Əli Əsədovun da qatıldığı toplantıda Azərbaycan qurumun 9-cu üzvü olaraq təsdiqlənib.

Məsələylə bağlı Prezident İlham Əliyev özünün sosial media hesablarında paylaşım edib: “Bu gün Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm.

Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir.

Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir.

Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, islam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.