Son yeniləmə: 18 Dekabr 2024 08:32
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən 11-ci Beynəlxalq Ege Aşıqlar Gününün 10-11 dekabr tarixlərində keçirilməsi planlaşdırılsa da, Ispartanın Keçiborlu rayonunda helikopter qəzasında 6 əsgərin şəhid olması səbəbindən təxirə salınmışdı. Tədbirin dekabrın 18-də keçiriləcəyi açıqlanıb.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Bildirilib ki, “türk mədəniyyətinin mühüm ünsürlərindən olan aşıqlıq ənənəsini yaşatmağı hədəfləyən proqram denizlililərin sıx iştirakı ilə reallaşacaq. Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində saat 20.00-da başlayacaq tədbir pulsuz olacaq. Bu özəl gecəyə bütün Denizli sakinləri dəvət olunub”.
İlk şərhi yaza bilərsiniz