Press "Enter" to skip to content

Prezident tərəflərə məsləhətləşmələr üçün vaxt verəcək

Rumen Radev

Son yeniləmə: 18 Dekabr 2024 08:32

BAYRAQDAR MEDİA – Bolqarıstanda dövlət başçısı hökuməti qurmaq tapşırığını həvalə etməzdən əvvəl tərəflərə məsləhətləşmələr üçün vaxt verəcək.

Radio Bolqarıstan xəbər verir ki, bu barədə mətbuat konfransında çıxış edən prezident Rumen Radev bildirib.

Siyasi qüvvələr arasında danışıqların çətin keçdiyinin göz qabağında olduğuna diqqət çəkən prezident deyib: “Siyasi qüvvələrin tələb etdiyi müddətə ancaq o halda haqq qazandırmaq olar ki, parlament hökuməti formalaşdırmaq səyləri ilə normal işini davam etdirsin və buraxılmış vaxtı doldursun”.

Prezident Rumen Radev, həmçinin “Mən bilirəm ki, hökumətin qurulması zərurəti ilə bağlı anlayış var, lakin siz görürsünüz ki, bu, hər bir partiyanın bir çox xüsusiyyətlərindən asılıdır. Başqa yol yoxdur, Parlament çox dağınıqdır. Burada ən vacibi dialoqu bərpa etməkdir”deyib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.