BAYRAQDAR MEDİA – Beynəlxalq Miqrant Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “hər iki qurumun rəsmilərinin və əməkdaşlarının, eyni zamanda könüllülərin iştirakı ilə keçirilən aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir”.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ETSN-in təşkil etdiyi ağacəkmə tədbirləri davam edir.
İlk şərhi yaza bilərsiniz