Son yeniləmə: 18 Dekabr 2024 08:31
BAYRAQDAR MEDİA – “Təhsildə yeganə məcburi dil türk dilidir”.
Türkgün Gazetesi xəbər verir ki, bunu Türkiyə Cümhurbaşqanının baş müşaviri və Cümhurbaşqanlığının Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum deyib.
Məlumata görə, uzun müddətdir az qala hər bazar günü X hesabında konstitusiya müzakirələri ilə bağlı qiymətləndirmələrini dərc edən Uçum bu dəfə ana dilində təhsil haqqı məsələsini gündəmə gətirib: “Türklər, kürdlər, ərəblər, zazalar, lazlar, çərkəzlər, gürcülər, bir sözlə, Türkiyənin bütün təbəqələri türk xalqının vacib və ayrılmaz elementləridir. Obyektiv reallıq olaraq türk dili türk xalqının bir parçası olan və dolayısıyla türk millətinin əsas elementi olan hər kəs üçün yeganə birləşdirici dil, yəni birlik dilidir”.
Mehmet Uçum “Türkiyənin birlik dilinin türkcə olmasına etiraz yoxdur və belə bir etirazın heç bir obyektiv əsası yoxdur. Suverenlik Türkiyə xalqının formalaşdırdığı Türk Millətinə məxsusdur. Bu səbəbdən millətin dili olan türkcə yeganə hakim dildir” deyə əlavə edib.
İlk şərhi yaza bilərsiniz