Press "Enter" to skip to content

İranlı nazir İrəvanda Azərbaycan abidəsini farslaşdırdı

İranlı nazir İrəvanda Azərbaycan abidəsini farslaşdırdı

BAYRAQDAR MEDİA – İran hökumətinin dolat.ir rəsmi saytı xəbər verir ki, dekabrın 17-də İranın mədəni irs, turizm və sənətkarlıq naziri Seyid Rza Salehi Əmiri Qədim Sivilizasiyalar Assambleyasına üzv ölkələrin 8-ci iclasında iştirak etmək üçün Ermənistana yollanıb.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Bildirilib ki, naziri İranın İrəvandakı səfiri Mehdi Sübhani və mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhed qarşılayıb. İran mediası Qədim Azərbaycanın İrəvandakı tarixi memarlıq abidəsi sayılan Göy Məscidi qərəzli şəkildə yenidən farslaşdırmağa çalışıb.

Rəsmi hökumət saytı bununla bağlı yazıb: “İrəvanın Göy Məscidi yalnız gözəlliyi və unikal dizaynı ilə deyil, həm də Ermənistan və İran arasında multikultural tarixin və qarşılıqlı mədəni əlaqələrin rəmzi kimi tanınır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.