Press "Enter" to skip to content

İlin sonuncu “Tullantıları hədiyyələrə dəyiş” festivalı

İlin sonuncu “Tullantıları hədiyyələrə dəyiş” festivalı

BAYRAQDAR MEDİA – “Yaşıl dünya namininə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin və müxtəlif tərəfdaş qurumların dəstəyi ilə 21 dekabr saat 12:00-14:00-da Xətai rayonu, “Gənclik” parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (müxtəlif növ ağac tingləri, ekoçantalar, kitablar, müxtəlif qida məhsulları və s.) əldə edə biləcəklər”.

Qeyd edək ki, maraqlı viktorinalar, müxtəlif master klasslar ilə keçiriləcək festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazanmaq mümkündür.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emala yönləndirmək məqsədi ilə keçirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.