Press "Enter" to skip to content

Güney Azərbaycanlı fəal məhkəməyə çağırıldı

Behzad Xudabəndəli

BAYRAQDAR MEDİA – Dekabrın 17-də Güney Azərbaycanlı fəal Behzad Xudabəndəli İranın Ədliyyə-Məhkəmə Sistemi tərəfindən bildirişlə Qoşaçay (Miandab) İnqilab Prokurorluğunun cinayət hökmlərinin icrası üzrə ikinci bölməsinə çağırılıb.

Xəbəri “Azad İran” Telegram kanalı “Təbriz Səsi”nə istinadla yayımlayıb.

Xəbərə əsasən, milli fəala göndərilən bildirişdə yazılıb: “Məhkəmə işinizlə bağlı, cəriməni ödəmək üçün 10 gün ərzində bölməyə gəlməyiniz tələb olunur. Eyni zamanda, vaxtında gəlsəniz, mümkün 20 faiz endirim əldə edəcəksiniz”.

Qeyd edək ki, B.Xudabəndəli iyunun 26-da “dövlət quruluşuna qarşı təbliğat aparmaq”, “sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq” və “ictimai düşüncəni çaşdırmaq” ittihamları ilə məhkəmə qarşısına çıxarılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.