Son yeniləmə: 18 Dekabr 2024 15:17
Bölgələrdə yaşayan aztəminatlı ailələrin övladlarını sevindirmək üçün yeni aksiya başlanır.
Bu barədə BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfastı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “aksiya Kənd Təsərrüfatı Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşır. Məqsəd həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır”.
Qeyd edilib ki, aksiya çərçivəsində arzularını məktubla asanmektub.az saytına yerləşdirən 100 uşağın arzuları həyata keçiriləcək.
İlk şərhi yaza bilərsiniz