Press "Enter" to skip to content

Bakı türk dünyası qiymətləndiricilərinin mərkəzinə çevrilə bilər

Vüqar Oruc

Son yeniləmə: 18 Dekabr 2024 08:32

BAYRAQDAR MEDİA – CAATS-ın fəaliyyətləri ilə də bağlı təşəbbüslərimiz var. Bu həftə Ədliyyə Nazirliyinə müraciət edəcəyik və CAATS-ın Azərbaycanda qeydiyyat prosesi başlayacaq”.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc deyib.

Mediaya müsahibəsində o, qeyd edib ki, “CAATS Azərbaycanda qeydiyyata alınsa, Bakı türk dünyası qiymətləndiricilərinin mərkəzinə çevrilə bilər. Ədliyyə Nazirliyindən verilən son cavaba görə bu, mümkündür. Müvafiq sənədləri əsas üzv sayılan Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan da istəmişik. Türkmənistan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti isə assosiativ üzvdürlər. O baxımdan onların sənədləri təqdim olunmayacaq”.

V.Oruc daha sonra bildirib: “Yaxın müddətdə Ədliyyə Nazirliyindən müsbət qərar gözləyirik. Bu, bizim və bütün türk dünyası üçün çox böyük əhəmiyyətə malik məsələdir. Hesab edirəm ki, Ədliyyə Nazirliyi hökumətin bir hissəsi olaraq cənab Prezidentin də elan etdiyi kimi Azərbaycanın xarici siyasətinin əsas prioriteti olan türk dövlətlərinin birliyi istiqamətində öz töhfəsini verəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.