Press "Enter" to skip to content

Vüqar Oruc: AQC çox aktiv bir ictimai qurumdur

Vüqar Oruc

Son yeniləmə: 17 Dekabr 2024 11:21

BAYRAQDAR MEDİA – “AQC ölkədə ictimai birlik statusundadır və ictimai birliklər içərisində ən böyüyüdür. Birliyin yüzlərlə üzvü var və bu da bizə daha geniş fəaliyyət göstərmək üçün əlavə imkanlar yaradır”.

Bunu mediaya müsahibəsində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc deyib.

Onun sözlərinə görə, AQC çox aktiv bir ictimai qurumdur: “Ölkə mətbuatında, ictimai müzakirələrdə, ictimai fikirdə öz sözü, mövqeyi vardır. Bu qurumda birləşən şəxslər, onların təcrübələri, habelə ictimai nüfuzu kifayət qədərdir. Bu da AQC-nin faliyyətinin davamlı olması üçün əsaslardan biridir. Perspektiv olaraq biz peşə birliyi kimi fəaliyyət göstərməyi nəzərdə tutmuşuq”.

Bildirilib ki, Milli Məclisdə peşə birlikləri haqqında qanun təqdim olunub: “Bu qanun qəbul olunsa, assosiativ təşkilatlar yeni status əldə edəcəklər. Bu da onların fəaliyyətinə dəstək olacaq. Artıq biz digər ictimai birliklərdən fərqli bir status qazana biləcəyik. Çünki ictimai birlik bir neçə nəfərdən ibarət, müxtəlif məqsədlər üzrə yaradılmış qeyri-hökumət təşkilatıdır. Amma AQC və digər assosiativ təşkilatlar bundan fərqli olaraq konkret peşə sahələri üzrə formalaşıb. Bu da onlara əlavə bir statusun verilməsini zəruri edir. Peşə birliyi istiqamətində formalaşmaqdan əlavə AQC-nin qarşısında daha bir hədəf durur. Bizim peşəni öyrənən, bu istiqamətdə təhsil alan müxtəlif tədris müəssisələrində tələbələr var. Eyni zamanda bu sahədə akademik fəaliyyət göstərən çox sayda müəllimlər mövcuddur. Onların Cəmiyyətə cəlb olunması, Cəmiyyətin işində onların potensialından istifadə edilməsi həmişə prioritet olub. Təəssüf ki, son üç ilə qədər bu istiqamətdə müəyyən fasilələr baş verib. Hazırda bu üzrə addımların atılmasını və akademik cinahımızın gücləndirilməsini planlaşdırırıq. Düşünürük ki, rəhbərlikdə də akademik cinah daha ciddi rol almalıdır. Çünki qiymətləndirmə istiqamətində bizim elmi-nəzəri işlərimizin çərçivəsi, hədəfləri böyükdür. Yaxın vaxtlarda Cəmiyyətin akademik hissəsi ilə birlikdə beynəlxalq qiymətləndirmə standartlarının son variantının Azərbaycan dilinə uyğunlaşdırılması istiqamətində tədbirlərə start verəcəyik. Eyni zamanda milli qiymətləndirmə standartlarının hazırlanması üçün təkliflərimizi hazırlayacağıq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.