Son yeniləmə: 17 Dekabr 2024 16:04
BAYRAQDAR MEDİA – 2024-cü ilin noyabrında Türkiyədən Qırğızıstana ixrac 88,4 milyon dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, bu uğurda zərgərlik sektoru 37,9 milyon dollarlıq ixracatla lider olarkən, sənaye məhsulları da öndə olub: “Türkiyənin Qırğızıstana ixracatında ən diqqət çəkən inkişaf zərgərlik sənayesinin performansı olub. Noyabrda 37,9 milyon dollarlıq ixracat həyata keçirən sektor, əvvəlki ilə nisbətən 33 milyon dollardan çox artıb. Təkcə bu rekord Qırğızıstana ümumi ixracın 42,9 faizini təşkil edib”.
İlk şərhi yaza bilərsiniz