BAYRAQDAR MEDİA – İranın Vətəndaşlıq Qeydiyyatı Təşkilatı 5 ildir ki, Maku şəhərindən olan Güney Azərbaycanlı Çağrı Manasa doğum haqqında şəhadətnamə verməkdən boyun qaçırır. Bu barədə Ç.Manasın atası Sadeq Feyzullahnejad “#Balamın_adı” kampaniyasına müsahibə verib.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, S.Feyzullahnejadın övladı 2020-ci il iyulun 25-də dünyaya gəlib və ona Çağrı Manas adını seçiblər. S.Feyzullahnejad bildirib ki, doğum haqqında şəhadətnamə üçün Maku Vətəndaşlıq Qeydiyyatı İdaərsinə gedib, ancaq ona türk adına görə şəhadətnamə verilməyib.
“İdarə rəsmiləri mənə məsələni məhkəmə yolu ilə həll etməyimi dedilər. Beş ildir övladımızın doğum haqqında şəhadətnaməsi yoxdur, bu, uşağın peyvənd olunmasını da gecikdirir. Doğum şəhadətnaməsi olmayan insan necə ola bilər”, – deyə S.Feyzullahnejad sual edib.
İlk şərhi yaza bilərsiniz