BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də qardaş Tatarıstanın Rəisi Rüstəm Minnixanov ilə görüşüb.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Bildirilir ki, öncə Rəis Rüstəm Minnixanova Azərbaycanın “Dostluq” ordeninin təltifetmə mərasimi olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən, dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Minnixanov sözügedən ordenlə təltif edilib.
Sonra İlham Əliyev təltif münasibətilə Rüstəm Minnixanovu təbrik edib, ikitərəfli əlaqələrə verdiyi töhfələrə görə ona təşəkkürünü bildirib.
Tatarıstan Rəisi də öz növbəsində ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini deyib. O, bu münasibətlərin Tatarıstan üçün xüsusi önəm daşıdığını vurğulayıb.
Rüstəm Minnixanov hər iki xalqın liderləri – Heydər Əliyev və Mintimer Şaymiyevi xatırladaraq münasibətlərin təməllərinin atılmasında onların rolunu qeyd edib.
O da bildirilir ki, Azərbaycan Prezidenti və Tatarıstan Rəisi birlikdə nahar edib.
İlk şərhi yaza bilərsiniz