Son yeniləmə: 17 Dekabr 2024 09:48
BAYRAQDAR MEDİA – Özbəkistan Respublikasının İqtisadiyyat və MaliyyəNazirliyi yanında Dövlət Vergi Komitəsinin nümayəndələri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində olublar. Səfərin məqsədi ölkəmizin vergi sahəsində təcrübəsi ilə əyani tanışlıqdır.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Özbəkistan Dövlət Vergi Komitəsinin idarə rəisi Firdavs Mahmudovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər Azərbaycan – Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıblar. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üzrə imzalanmış sənədlərin uğurlu icrası ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir”.
Məlumata görə, görüş zamanı “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılmasına yönəlmiş vergi alətləri, vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətləri, vergi inzibatçılığının inkişaf prioritetləri müzakirə edilib: “Özbəkistan nümayəndə heyətini maraqlandıran əsas məsələlərdən biri ölkəmizdə ƏDV inzibatçılığı sahəsində tətbiq olunan təcrübə olub. ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətində atılan addımlar və əldə edilən nəticələr nümayəndə heyətinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, 3 gün davam edəcək səfər zamanı qonaqlar ƏDV inzibatçılığı, ƏDV depozit hesabları, “ƏDV geri al” layihəsi, qanunvericilikdə bu məsələlərin tənzimlənməsi sahəsində atılan addımlarla bağlı ətraflı tanış olacaqlar. Görüşdə işgüzar səfərlərin, aparılan müzakirələrin və görüşlərin ikitərəfli əlaqələrin inkişafında rolu xüsusi qeyd olunub və tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib”.
İlk şərhi yaza bilərsiniz