BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə regionlara təşkil olunan qastrol səfərləri proqramına uyğun olaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Gəncədə “Qadınım” tamaşasını uğurla nümayiş etdirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təqdim olunan səhnə əsəri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Qeyd edək ki, türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır”.
Sonra xəbərdə, “səhnə əsərinin süjet xəttində sevgi və ehtiras dolu iki aşiqdən bəhs olunur. Türk retro musiqilərinin səsləndirildiyi “Qadınım”da Əməkdar artist Nigar Şahmuradova, gənc aktyorlar Əmrah Dadaşov və Gültac Əlili, həmçinin teatrın xor artistləri iştirak ediblər” deyə qeyd edilir.
Bildirək ki, tamaşasının quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, Videoqrafı Murad Həsənov, musiqi tərtibatçısı Əmrah Dadaşovdur.
İlk şərhi yaza bilərsiniz