Son yeniləmə: 17 Dekabr 2024 11:41
BAYRAQDAR MEDİA – Bolqarıstanda GERB-SDS koalisiyası 51-ci Xalq Məclisi çərçivəsində yeni kabinetin yaradılması üçün digər parlament birləşmələri ilə danışıqlara başlayıb.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “danışıqlar prezident Rumen Radev ilk hökuməti formalaşdırmaq səlahiyyətini GERB-SDS-ə həvalə etməzdən əvvəl gedir. “Demokratik Bolqarıstan” /DB/ GERB-SDS ilə məsləhətləşmə masasına oturub və sabitliyin təmin olunduğu, dəyişkən çoxluğun olmadığı müntəzəm hökuməti dəstəkləyən, korrupsiyaya qarşı mübarizə aparan və Avropayönlü profilli böyük parlament çoxluğunun formalaşdırılması imkanlarını müzakirə edib”.
Məlumata görə, GERB-SDS və “Demokratik Bolqarıstan” /DB/ danışıqları dekabrın 17-də davam edəcək.
İlk şərhi yaza bilərsiniz