Press "Enter" to skip to content

Elektromobil sahibləri üçün yeni dövr

Son yeniləmə: 17 Dekabr 2024 09:21

Dekabrın 16-dan etibarən elektromobil sahiblərinin mülki məsuliyyət sığortası onlayn qaydada rəsmiləşdirilir

BAYRAQDAR MEDİA – “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortalanmasının asanlaşdırılmasıvə müştəri məmnuniyyətinin təmin edilməsiməqsədilə həyata keçirdiyi tədbirləri davam etdirir.

Bu barədə BAYRAQDAR MEDİA-ya sözügedən qurumdan məlumat verilib.

Məlumata görə, dekabrın 16-dan etibarən elektromobillərin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının (AVSMMİS) onlayn qaydada rəsmiləşdirilməsi tətbiq olunur: “Bu, Azərbaycanda nəqliyyat vasitələrinin sığortalanması sahəsində əhəmiyyətli bir yenilikdir. Elektromobillərin onlayn icbari sığortalanmasının tətbiqi sürücülər üçün bir sıra üstünlüklər yaradır. Artıq elektromobil sahibləri AVSMMİS növü üzrə şəhadətnamələrini sığorta şirkətlərinin rəsmi veb-səhifələri vasitəsilə onlayn şəkildə sürətli və asan əldə edə bilərlər. Sürücülər həmçinin İSB-nin rəsmi veb-səhifəsinə daxil olaraq burada təqdim olunan sığorta şirkətlərinin siyahısından seçim edə və seçdikləri şirkətin rəsmi səhifəsinə birbaşa keçid edərək elektromobilləri üçün onlayn sığorta müqaviləsini rəsmiləşdirə bilərlər”.

Bildirilib ki, “İSB-nin elektronlaşma sahəsində apardığı islahat tədbirləri sığorta xidmətlərinin ölkəmizdə inkişaf etdirilməsinə, sığortalıların hüquqlarının qorunmasına və sığorta məhsullarına əlçatanlığın təmin olunmasına xidmət edir. Qeyd edək ki, İSB “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin hüquqlarının qorunması, icbari sığorta sisteminin sabitliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.