BAYRAQDAR MEDİA – Gürcüstanın Baş naziri İrakli Kobaxidze etirazçı müxalifətin tam olaraq bitirildiyini bildirib. O, jurnalistlərə açıqlamasında deyib ki, “800 nəfərdən çox adam çıxara bilmirlər. Əlbəttə ki, italyanlar demişkən, finita la commedia”.
Gürcüstan mediasının yaydığı xəbərə görə, Baş nazir deyib ki, “Gürcü Arzusu” dördüncü inqilab cəhdinin qarşısını alıb.
“Hər şey bitib. Radikal müxalifətin zorakılıq resursu sıfırlanıb, onlar indi heç 800-dən artıq adam çıxara bilmirlər. Hər şey bitdi! Biz artıq dördüncü çevriliş cəhdinin qarşısını aldıq. 4 siyasi partiya, 10-dan artıq varlı QHT və cəmi 800 nəfər… Əgər onların işçilərini və fəallarını nəzərə alsaq, təkcə bu, bir neçə 800 rəqəmi deməkdir. İndi bu 4 partiya və 10-dan artıq ən varlı QHT Rustaveli prospektinə 800 nəfərdən artıq adam yığa bilmir. Bitdi! İtalyanlar demişkən, finita la commedia”, – deyə İrakli Kobaxidze bildirib.
İlk şərhi yaza bilərsiniz