Press "Enter" to skip to content

“Azərbaycan məktəbi” jurnalının yubiley tədbiri

“Azərbaycan məktəbi” jurnalının yubiley tədbiri

BAYRAQDAR MEDİA – Dekabrın 16-da Elm və Təhsil Nazirliyinin (ETN) akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirin təşkilində məqsəd artıq 100-cü ildir ki nəşr edilən jurnalın təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli və tarixi roluna diqqət çəkməkdir. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əvvəlcə açılış nitqi ilə “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan çıxış edib. Jurnalın 100 illik tarixi fəaliyyətinə toxunub yubiley tədbirinin təşkilində əməyi olan hər kəsə təşəkkür edib. Təbrik nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan məktəbi” jurnalının uzun illər ərzində Azərbaycan təhsilinin inkişafında mühüm rol oynadığını, jurnalın təhsil sahəsində cərəyan edən prosesləri, yenilikləri və problemləri işıqlandırmaqla yanaşı, maarifçilik missiyasını da layiqincə yerinə yetirdiyini diqqətə çatdırıb”.

Sonra xəbərdə, “tədbirdə Nobel mükafatçısı, Prof. jurnalın redaksiya şurasının üzvü Aziz Sancarın “Azərbaycan məktəbi” jurnalının 100 illiyi münasibəti ilə təbrik məktubu səsləndirilib. Tədbirdə çıxış edən digər qonaqlar da öz növbələrində “Azərbaycan məktəbi” jurnalının maarifləndirmə işlərindəki dəyərli töhfələri, müəllimlərə dəstək kimi mühüm vəzifələri barədə danışıblar” deyə qeyd edilir.

Çıxışlardan sonra jurnalın bir qrup əməkdaşına 100 illik münasibəti ilə ETN-in “Fəxri Fərman” və “Təşəkkürnamə”si təqdim edilib.

Tədbirin rəsmi açılış hissəsindən sonra “Elmi-pedaqoji nəşrlərin əhəmiyyəti, praktik yanaşmalar və təcrübələr” mövzusunda panel müzakirəsi təşkil edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.