Press "Enter" to skip to content

AQC beynəlxalq arenada daha ciddi nəticələr əldə edib

Vüqar Oruc

Son yeniləmə: 17 Dekabr 2024 09:14

Vüqar Oruc: Türk dövlətlərinin qiymətləndirmə institutlarının birliyinin təmin olunmasında AQC-nin mühüm rolu var

BAYRAQDAR MEDİA – “1998-ci ildən fəaliyyət göstərən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Bu dövrlərdə həm tədris-təlim və qiymətləndiricilərin hüquqlarının müdafiəsi sahələrində, həm də assosiativ təşkilat kimi fəaliyyət göstərib”.

Bunu mediaya müsahibəsində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc deyib.

O, qeyd edib ki, son dövrlər bu fəaliyyət daha da güclənib: “Son üç ilə yaxın müddətdə AQC beynəlxalq arenada daha ciddi nəticələr əldə edib. Türk dövlətlərinin qiymətləndirmə institutlarının birliyinin təmin olunmasında AQC-nin mühüm rolu var. AQC CAATS-ın yaradılması istiqamətində əsas təşəbbüskarlardan biri kimi çıxış edib. AQC sədri 2023-2024-cü illərdə həmin qurumun vitse-prezidenti olub, 2024-cü ilin may ayından isə prezidentidir”.

V.Orucun sözlərinə görə, bu qurum türk dövlətləri arasında qiymətləndirmə sektorunda inteqrasiyanı, təcrübə mübadiləsini qarşıya məqsəd qoyub: “Bu yaxınlarda CAATS ilk sertifikatlaşdırma proqramını həyata keçirəcək. Bununla ilk dəfə türk dövlətləri öz aralarında 7 dövlətin nümayəndələrinin iştirakı ilə sertifikatlaşdırma kursları və müvafiq sertifikatlar üzrə mütəxəssislərin hazırlığını həyata keçirəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.