Press "Enter" to skip to content

6-cı qrant müsabiqəsinin 20 qalibi

KOBİA

BAYRAQDAR MEDİA – KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə KOBİA tərəfindən elan edilmiş 6-cı qrant müsabiqəsinin 20 qalibinə qrant mükafatları təqdim olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, mükafatlar biznes nümayəndələrinə “Dayaq” mükafatının təqdim edilıməsi mərasimində təqdim olunub.

Xəbərdə o da qeyd edilib ki, KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə indiyədək 6 qrant müsabiqəsi keçirilib və bu müsabiqələr çərçivəsində KOB-ların 99 layihəsinə 1,7 milyon manat həcmində qrant vəsaiti ayrılıb.

Mission News Theme by Compete Themes.