Press "Enter" to skip to content

Türkiyənin turizm şirkətləri üçün Azərbaycana tanışlıq səfəri

Səfər zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Türkiyənin 6 aparıcı turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “iştirakçılara Azərbaycanın mədəni irsi, təbiəti və turizm imkanları təqdim edilib, həmçinin Naxçıvan Muxtar Respublikasının turizm potensialı nümayiş olunub. Planlaşdırılmış marşrut çərçivəsində Kəngərli dağlarından Əlincə qalasınadək bir çox turizm potensiallı məkanlar ziyarət edilib. Həmçinin səfər çərçivəsində qonaqlar 20-yə yaxın yerli turizm şirkəti ilə B2B formatında görüşlər keçirərək, gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər”.

Məlumata görə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 389 min 173 nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artımdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.