Press "Enter" to skip to content

Paxlava dadında qardaşlıq

Festivalda Azərbaycan və Türkiyə bayraqları formasında hazırlanmı paxlavalar

Son yeniləmə: 16 Dekabr 2024 15:34

13-cü Ənənəvi Paxlava Festivalı Bakıdan türk dünyasına yeni bir körpü saldı

BAYRAQDAR MEDİA – Ötən həftənin son günü Bakı daha bir yaddaqalan tədbirə ev sahibliyi etdi. Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Dərnəyi (BAKTAD) tərəfindən bu il 13-cü dəfə təşkil edilən, həmçinin Türkiyə və Azərbaycan paxlava növlərini bütün dünyaya birlikdə tanıtmağı hədəfləyən Ənənəvi Paxlava Festivalı paytaxtda reallaşdı.

Bakının aparıcı tədbir məkanlarından biri olan Bakı İdman Sarayında təşkil olunan, iki ölkə arasında möhkəm dostluq və qardaşlığı bir daha nümayiş etdirən festival dövlət himnlərinin oxunması və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Türkiyəyə xas 60 növ paxlava təqdim edilirdi
Türkiyəyə xas 60 növ paxlava təqdim edilirdi

Mərasimin açılışında da bəyan edildiyi kimi, festivalda AB-dən ilk coğrafi işarə qeydiyyatını alan Türkiyənin dünyaca məşhur dadı olan türk paxlavası ilə Azərbaycanın qabaqcıl ləzzətlərindən biri olan Bakı paxlavası birlikdə təqdim olunurdu.

Təqdimat zamanı qeyd edildiyi kimi, Türkiyədə fəaliyyət göstərən sənayenin qabaqcıl markalarının nümayəndələrinin də olduğu 100 nəfərlik nümayəndə heyətinin qatıldığı 13-cü Ənənəvi Paxlava Festivalında püstə, qoz, midye, şöbiyyət, yerkökü dilimi və soyuq kimi Türkiyəyə xas 60 növ paxlava təqdim edilirdi.

Həmçinin, Azərbaycandan Bakı, Qəbələ, Şəki paxlavaları kimi 10 növ desert təqdim edilirdi.

Qərbi Azərbaycana məxsus paxlava çeşidlərinin təqdim edildiyi stend arxasında xatirə fotosu
Qərbi Azərbaycana məxsus paxlava çeşidlərinin təqdim edildiyi stend arxasında xatirə fotosu

Festivalda ilk dəfə Qərbi Azərbaycanın müxtəlif növ paxlava çeşidləri də təqdim edilirdi.

Özündə böyük mesaj daşıyan dadlı festival

Tədbirin açılışında çıxış edən Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Dərnəyi (BAKTAD)
başqanı Mehmet Yıldırım 13-cü Ənənəvi Paxlava Festivalı üçün Bakıda bir araya gəlməkdən məmnun olduqlarını bildirdi.

Festivalın paxlavadan da çox daha böyük mesajlar daşıdığını vurğulayan M.Yıldırım, “Türkiyə və Azərbaycan təkcə sərhədlərlə deyil, həm də könüllərlə bağlanan iki dost və qardaş ölkədir. Bu festival həm bu bağı gücləndirəcək, həm də ortaq mədəniyyətimizi bütün dünyaya tanıdacaq” dedi.

BAKTAD başqanı Mehmet Yıldırım
BAKTAD başqanı Mehmet Yıldırım

Bu gün təkcə türk paxlavası hekayəsini deyil, Azərbaycanın paxlavaya verdiyi dəyəri də qeyd etdiklərini bildirən M.Yıldırım, “Bakı paxlavası, Şəki paxlavası, Qəbələ paxlavası… Hər biri ayrı bir zəhmətin, ayrı bir sevginin məhsuludur və ayrı bir sənətkarlıq olan bu paxlavalar süfrələrimizi bəzəyən ləzzətlərdən başqa, ortaq mədəni irsimizin şirin simvollarıdır” dedi.

Festivalda təqdim edilən nəhəng paxlava
Festivalda təqdim edilən nəhəng paxlava

M.Yıldırım, festivalın həyata keçməsində əməyi olan hər kəsə, xüsusilə də BAKTAD-ın Azərbaycan təmsilçisi Cavid Ağayevə, Azərbaycanda fəaliyyət göstərən “Rəmzoğlu Paxlava”nın baş koordinatoru Burak Kölemenə, BAKTAD İddarə Heyətinin üzvüləri Erhan Aztekinə və Mehmet Ali Taşdemirə, BAKTAD baş direktoru Murat Bozanoğluna və baş koordinatoru Ümit Farisə təşəkkür etdi.

Festival paxlavanın beynəlxalq aləmdə daha çox tanıdılmasına töhvə verəcək

Daha sonra çıxış edən BAKTAD-ın fəxri prezidenti Nadir Güllü mədəniyyətlərinin bir parçası olan və nəsildən-nəslə davam edən ənənənin simvolu olan paxlavanın həm Azərbaycanda, həm də dünyada daha geniş kütlələrə çatması üçün bir araya gəldiklərini bildirdi. N.Güllü paxlavanın Azərbaycanda milli desert olduğunu və hər iki ölkənin mətbəxi üçün özünəməxsus dəyərə malik olduğunu vurğulayıb: “Bu tədbir paxlavanın beynəlxalq səviyyədə təbliğinə böyük töhfə vermək üçün bir fürsətdir”.

Təşkilatçıların xatirə fotosu
Təşkilatçıların xatirə fotosu

O, paxlavanın iqtisadi əhəmiyyətindən, həm ixraca, həm də məşğulluğa verdiyi töhfələrdən danışaraq dedi: “Bu festivalı bir addım irəli atmaq təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də paxlavanın dünya miqyasında layiq olduğu yeri tapmaq üçün çox mühüm addımdır. Bu cür tədbirlər bizə həm mədəniyyətimizi təbliğ etməyə, həm də sektorlararası əməkdaşlığımızı artırmağa imkan verir”.

Meydan ustalara verildi

Musiqi nömrələrinin təqdimatından sonra meydan ustalara verildi. Son iki festivalın çempion ustalarının da iştirak etdiyi festivalda iştirakçı ustalar öz bacarıqlarını nümayiş etdirdilər.

Dadından doymaq olmayan paxlavalar hər kəsi məmnun etdi
Dadından doymaq olmayan paxlavalar hər kəsi məmnun etdi

Onu da əlavə edək ki, Türkiyə və Azərbaycan vətəndaşlarının böyük marağına səbəb olan festival rəngarəng səhnələrə şahidlik etdi. Türk paxlavasının istehsaldan istehlaka qədər keçdiyi yolun izah edildiyi və sərgiləndiyi festival çərçivəsində ziyarətçilər gün boyu dad ziyafəti yaşadılar.

Məlumat üçün bildirək ki, Türkiyə ilə Azərbaycan qardaşlığını bütün dünyaya göstərmək, Azərbaycandan türk paxlavasını bir daha dünyaya tanıtmaq məqsədi daşıyan festivalda ziyarətçilərə 20 min dilim paxlava paylanıldı.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.