Press "Enter" to skip to content

Mehmet Yıldırım: Festival həm də beynəlxalq xarakter alıb

Mehmet Yıldırım açıqlama verərkən

Son yeniləmə: 16 Dekabr 2024 10:28

BAYRAQDAR MEDİA – “Türkiyə coğrafiyasında paxlava sadəcə bir desert deyil. Köklü bir mədəniyyətin, əsrlər boyu paylaşılan ənənənin, şirniyyat yeyən, şirin danışan insanların hekayəsindən bəhs edir. Türk mətbəxinin simvolu paxlava, həm də dostluğu, paylaşmağı və qardaşlığı təmsil edir”.

Bunu medaiya açıqlamasında Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Dərnəyi (BAKTAD) başqanı indi bu festival təkcə ənənəvi deyil, həm də beynəlxalq xarakter alıb bildirib.

O, “Dost və qardaş ölkəmiz Azərbaycanla birlikdə bu ənənəni qeyd etmək məhz bu dəyərlərin təzahürüdür” deyib.

BAKTAD başqanı Mehmet Yıldırım festivalın bu il ilk dəfə Türkiyə hüdudlarından kənarda Bakıda keçirildiyini bildirib: “Bu, bizim üçün tarixi addımdır. Çünki indi bu festival təkcə ənənəvi deyil, həm də beynəlxalq xarakter alıb. Festivalda Türkiyədən 100 nəfərdən ibarət paxlava heyəti, 70-dən çox peşəkar usta və 60-dan çox türk paxlavası növü var. Püstədən şöbiyyətə, kök dilimlərindən soyuq paxlavaya qədər hər bir ləzzət mədəniyyətimizin zənginliyini ifadə edir”.

O, bildirib ki, qarşıdakı illərdə bu festivalı digər Türk Cümhuriyyətlərində və KKTC-də də təşkil etməyi hədəfləyirlər: “Bu, ortaq mədəni irsimizin daha geniş coğrafiyalara daşınması və dünyaya elan edilməsi üçün çox mühüm fürsət olacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.