Son yeniləmə: 16 Dekabr 2024 09:11
BAYRAQDAR MEDİA – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Məclisdə növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya komitədən məlumat verilib.
Bildirilib ki, “Qəbul zamanı komitə sədri Qubadlı ərazisindəki tarixi, dini, mədəni abidələr haqqında bilgilərin toplanması ilə məşğul olmuş tarix müəllimi Seyran Məmmədov, müxtəlif əməli fəaliyyət sahələrini təmsil edən aydınlar – Məzahir Qurbanov, Təvəkgül Məmmədov, qardaş Türkiyə Cümhuriyyətinin Bakıda çalışan vətəndaşları Yalçın Çoban, Hasan Arslan və başqaları ilə görüşüb. Fazil Mustafa, onları ətraflı dinlədikdən sonra, toxunulan mövzularla bağlı fikirlərini bölüşüb”.
Məlumata görə, komitə sədri qaldırılan vacib məsələlərlə əlaqədar müvafiq dövlət orqanlarına məktubla müraciət edəcəyini bildirib: “İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyəti barədə danışan Fazil Mustafa, görüş iştirakçılarına Milli Məclisdə ictimai birliklər, həmkarlar təşkilatları, dini qurumlar ilə bağlı aparılmış müzakirələr, qəbul edilmiş qanunlar haqqında məlumat verib”.
İlk şərhi yaza bilərsiniz