Press "Enter" to skip to content

Güney Azərbaycan həsrətli şair

Tədbir zamanı

Son yeniləmə: 16 Dekabr 2024 09:34

Eskişehirdə Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

BAYRAQDAR MEDİA – Bu gün dünyada öz haqlı davalarını aparan türk xalqları var. Güney Azərbaycan türkləri də bu sıradadır.

Bəlli olduğu kimi Güney Azərbaycan doğumlu ziyalılar, şair və yazıçılar da öz əsərlərində bu mübarizəyə dəstək olublar. Onlardan biri də XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Əli Tudədir. Onun xatirəsi isə təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə də əziz tutulur.

Belə ki, Anadolu Universiteti Nəsirəddin Tusi adına salonda Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş “Ali Tudənin Anım Günü” adı altında panel təşkil olunub.

Cavid Aydın çıxış edərkən
Cavid Aydın çıxış edərkən

Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Anadolu Universitetinin professoru, Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzinin direktoru Prof.Dr. Burhan Sayılır və Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Uzman Əczaçı Cavid Aydın açılış nitqi ediblər.

Çıxışlarda qeyd edilib ki, mühacir Azərbaycan şairi Əli Tudə poeziyasında Vətən və ayrılıq motivləri üstündür. Vətənin azadlığı, müstəqillik arzusu başlıca yer tutan bu şeirlərdə Güney həsrəti, istiqlal nəğmələri, azadlıq hissləri geniş şəkildə qələmə alınıb. Bu əsərlərin əsas leytmotivi Vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizənin tərənnümüdür. Şair Güney Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biri hesab edilir.

Sonra günün məna və əhəmiyyətinə uyğun olaraq TÜRKSOY-un Türkdilli İcmalarla Əlaqələr Şöbəsinin müdiri Dr. Cavid Mövsümlü duyğu və düşüncələrini bölüşüb.

Tədbir zamanı
Tədbir zamanı

Mehbarə Şahinin moderatorluğu ilə Azərbaycan Milli Televiziyası AZTV rejissoru və Əli Tüdənin oğlu Natiq Cavadzadə həmçinin Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz Əli Tudənin yaradıcılığından bəhs edən çıxışlar ediblər. Bildirilib ki, görkəmli Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Əli Tudə Azərbaycanın milli-mənəvi bütövlüyünün təmin edilməsi, eləcə də azadlıq, vətənpərvərlik ruhunda mükəmməl lirik əsərlər meydana gətirib.

Natiqlər həmçinin panel iştirakçılarının suallarını cavablandırıblar.

Panelin sonunda Prof. Dr. Burhan Sayılır panel çıxışçılarına təşəkkür bəlgəsi təqdim edib. Dr. Cavid Mövsümlü TÜRKSOY adından Eskişehir Azerbaycanlılar Dərnəyinin başqanı Cavid Aydına hədiyyə təqdim edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.