Son yeniləmə: 16 Dekabr 2024 15:38
BAYRAQDAR MEDİA – “13-cü Ənənəvi Paxlava Festivalı Azərbaycanda, Bakıda keçirildi. Biz də “Rəmzioğlu Paxlava” olaraq bu festivalda iştirak etdik”.
Bunu açıqlamasında Rəmzioğlu Paxlava MMC-nin təsisçisi və direktoru, BAKTAD-ın Azərbaycan təmsilçisi Cavid Ağayev deyib.
O, qeyd edib ki, festivalın Bakıda keçirilməsi mühüm önəm kəsb edir: “Biz bu gün çox sevinirik ki, belə bir festival məhz Bakıda təşkil olunur. Burada bizimlə yanaşı digər məsləkdaşlarımız da iştirak edir. Onu da deyim ki, “Rəmzioğlu Paxlava” həm Türkiyə, həm də Azərbaycan paxlava nümunələrini alıcılara təqdim edir”.
C.Ağayev əlavə edib ki, festivalda “Rəmzioğlu Paxlava” tərəfindən Azərbaycana məxsus onlarla paxlava növü təqdim edilir: “Bu sırada qozlu, findıqlı, şokoladlı paxlavaları qeyd edə bilərik. Həmçinin Azərbaycanın ayrı-ayrı rayonlarına məxsus paxlavalar da təqdim olunur. Bundan başqa ilk dəfə olaraq Qərbi Azərbaycandan olan paxlava növləri də təqdim olunur”.
İlk şərhi yaza bilərsiniz