Son yeniləmə: 16 Dekabr 2024 11:56
Hikmət Babaoğlu: Festivalda Qərbi Azərbaycana məxsus məhsulların, şirniyyat və mətbəx nümunələrinin nümayiş etdirilməsi Qərbi Azərbaycanın da türk dünyasının ayrılmaz bir parçası olduğunu sübut edən daha bir nümunədir
BAYRAQDAR MEDİA – “Türk dünyasını birləşdirən dəyərlərdən biri də türk xalqlarının ortaq mətbəxə, ortaq mətbəx mədəniyyətinə sahib olmasıdır. Bu da yaşadığımız vahid coğrafiyada vahid damaq dadı vasitəsilə formalaşan milli mədəniyyətimizin tərkib hissələrindən biridir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, 13-cü Ənənəvi Paxlava Festivalında Qərbi Azərbaycana məxsus məhsulların, şirniyyat və mətbəx nümunələrinin nümayiş etdirilməsi Qərbi Azərbaycanın da türk dünyasının ayrılmaz bir parçası olduğunu sübut edən daha bir nümunədir: “Bu, eyni zamanda Qərbi Azərbaycan mədəniyyətinin tanıdılmasıdır. Təbii ki, bununla ilkin olaraq türk dünyasına, sonra da bütün dünyaya Qərbi Azərbaycan mədəniyyətinin tanıdılması üçün mühüm addım atılmış olur. Çünki biz hər zaman deyirik ki, Qərbi Azərbaycanda türk dünyasına məxsus maddi-mənəvi mirasimiz var. Əlbəttə eyni zamanda məişətimiz var. Hesab edirəm ki, bu dəyərlərin, bu nümunələrin tanıdılması Qərbi Azərbaycana qayıdışımızı daha da yaxınlaşdırır. Yəni bu tanıdılma bizim Qərbi Azərbaycana Qayıdış Konsepsiyamızın tərkib hissələrindən biri olmalıdır”.
İlk şərhi yaza bilərsiniz