Son yeniləmə: 16 Dekabr 2024 12:10
BAYRAQDAR MEDİA – Milli Məclisin deputatı Azər Allahverənov Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında qəsəbədə yaşayan vətəndaşların qəbulunu keçirib.
BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, qəbulda iştirak edən zabratlılar sosial rifahının yaxşılaşdırılması, bəzi məhəllələrdə küçələrin asfaltlanması, məşğulluq imkanlarının artırılması və digər məsələlərlə bağlı müraciətlərini ediblər: “Qaldırılan məsələlər aidiyyəti üzrə baxılması üçün müvafiq qaydada qeydə alınıb. Qəbulda iştirak edən vətəndaşların diqqətinə çatdırılıb ki, hər bir məsələyə ayrı-ayrılıqda baxılacaq və onların həll olunması istiqamətində zəruri addımlar atılacaq, aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər göndəriləcəkdir”.
Qeyd edilib ki, müvafiq qurumlara ediləcək bütün müraciətlər barədə vətəndaşlar aidiyyəti üzrə məlumatlandırılacaqlar.
İlk şərhi yaza bilərsiniz