BAYRAQDAR MEDİA – Dekabrın 24-də Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılacaq.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “sərgidə ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə, bununla yanaşı, XVI əsrdə “Şahnamə” əsərinə çəkilmiş miniatür nümayiş olunacaq. Sənət əsərləri sırasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi yer alacaq”.
Bildirək ki, sərgi Mədəniyyət Nazirliyi, Xalça Muzeyi, “Amir Textiles&Rugs” MMC, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” aviaşirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Qeyd edək ki, sərgi 10 may 2025-ci il tarixinədək davam edəcək.
İlk şərhi yaza bilərsiniz