Son yeniləmə: 13 Dekabr 2024 08:35
BAYRAQDAR MEDİA – Dekabrın 13-də Denizlidə, Pamukkale Universitetində “Ziya Gökalpın ölümünün 100-cü ildönümünə həsr olunmuş simpozium” keçiriləcək. Tədbir Böyük türk filosofu Ziya Gökalpın vəfatının 100-cü ildönümü ilə bağlı tədbirlər çərçivəsində reallaşacaq.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, simpozium Pamukkale Universiteti Humanitar və Sosial Elmlər Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölməsi tərəfindən həyata keçiriləcək: “Simpoziumun Təşkilat və Elmi Komitəsinə Türk dili və ədəbiyyatı kafedrasının müdiri Prof.Dr. Turqut Tok rəhbərlik edəcək”.
Simpoziumla bağlı Kırım Haber Ajansına danışan Prof.Dr. Turqut Tok deyib: “Türk düşüncə həyatının önəmli simalarından olan Ziya Gökalp, əsərləri, keçmişdən günümüzə fikri həyatımıza təsirləri haqqında ölkəmizdə bu mövzuda mütəxəssis olan alimlərlə söhbət edəcəyik. Biz bu tədbiri bu məqsədlə təşkil etdik, maraqlanan hər kəsi salamlayırıq”.
Prof. Dr. Tok bildirib ki, simpoziumda Türkiyənin müxtəlif universitetlərindən 18 akademik iştirak edəcək.
Simpozium 13 dekabr 2024-cü il tarixində saat 10.00-da İTBF Prof. Dr. İsmail Çetişli Konfrans Salonunda keçiriləcək.
İlk şərhi yaza bilərsiniz