Son yeniləmə: 13 Dekabr 2024 01:00
BAYRAQDAR MEDİA – Dos. Dr. Soner Sağlam və Prof. Rəhimməmmət Kürenovun türkmən şairi Mahtumqulu Firakinin anadan olmasının 300 illiyinə hədiyyə olaraq hazırladığı “Adı dastan olan şair: Mahtumkulu” kitabının təqdimat mərasimi olub. Təqdimat Türkmənistanın Ankaradakı səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, EkoAvrasiya Fondu və Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Dərnəyinin təşkilatçılığı ilə TÜRKSOY-un Baş Katibliyinin konfrans zalında keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dos. Dr. Soner Sağlam məlumat verib.
Onun sözlərinə görə, TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf kitabın təqdimat mərasiminin açılış nitqinə TÜRKSOY-un baş katibi Sultan Rayevin səmimi salamlarını çatdırmaqla başlayıb: “O, çıxışında TÜRKSOY-un 2024-cü il ərzində Mahtumqulu Firaki və Türk Dünyasının Mədəniyyət Paytaxtı Anevlə bağlı bir çox tədbirlərin həyata keçirilməsini təmin etdiyini bildirib. Sayit Yusuf, Mahtumqulunun bir okean olduğunu və Mahtumqulu haqqında nə qədər araşdırmalar aparılsa da, bu okeanın adekvat izah edilə bilməyəcəyini vurğulayıb”.
Məlumata görə, S.Yusif çıxışına davam edərək bildirib ki, Mahtumqulunun bəşəriyyəti əhatə edən ideyaları bütün dünya tərəfindən tanınmalıdır: “O, Mahtumqulunun ideyalarının gələcək nəsillər üçün həyat tərzinə çevrilməsində TÜRKSOY-un əməyi olduğuna görə xoşbəxt olduğunu bildirib. S.Yusif “TÜRKSOY bu işlər üçün yaradılıb, biz birlikdə işləyirik, istehsal edirik, türk dünyası mədəniyyətinin və sivilizasiyasının ürəyi TÜRKSOY-da döyünür” deyib”.
Sayit Yusuf kitabın müəllifləri Soner Sağlam, Rəhimməmmet Kürenova və EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmət Erenə təşəkkür edərək çıxışını yekunlaşdırıb.
Kitabın təqdimat mərasimində çıxış edən Hikmət Eren baş katib Sultan Raev və baş katibin müavini Sayit Yusufa təşəkkür edib.
Türkiyə Böyük Millət Məclisinin Türkmənistan Dostluq Qrupunun sədri Haluk İpek çıxışında Mahtumqulunun Türk Dünyası gənclərinə miras olaraq qoyduğu ideyaların davranış tərzinə çevrilməsində TÜRKSOY-un üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Dos. Dr. Soner Sağlam, Pamukkale Universitetinin Türk Dünyası ilə bağlı çox əhəmiyyətli araşdırmalarının olduğunu deyib: “Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölməsi olaraq tələbələrimizlə birlikdə bu araşdırmalara töhfə verməyə çalışırıq. Sözügedən kitab da eyni məqsəd çərçivəsində hazırlanıb”.
İlk şərhi yaza bilərsiniz