BAYRAQDAR MEDİA – 10 aydan artıqdır ki, İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulan və hazırda bədnam Evin zindanında olan Güney Azərbaycanlı milli fəal və din xadimi Əbdüləziz Əzimi Qədim yeni ittihamlarla üzləşib.
Xəbəri “Azad İran” Telegram kanalı “Araz News”a istinadla yayıb.
Bildirilir ki, Ə.Ə.Qədim SEPAH-ın kəşfiyyat qüvvələri tərəfindən təzyiqlərə məruz qalıb və “milli hərəkat təşkilatlarının bir cəbhəsi və ya birləşmiş koalisiyası yaratmağa çalışmaq”da günahlandırılıb. Bu yaxınlarda Ə.Ə.Qədimin ailəsi onun girov müqabilində azadlığa buraxılmasını istəyib, ancaq təhlükəsizlik qurumları buna mane olublar.
Milli fəal daha öncə Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində qəddarlığı ilə tanınan Əbülqasım Səlavatinin sədrliyi ilə keçirilən məhkəmədə “ölkənin milli təhlükəsziliyinə qarşı toplaşmaq və sövdələşmək” ittihamı ilə 5 il, “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə isə 1 il həbs cəzasına məhkum edilib.
İlk şərhi yaza bilərsiniz