Son yeniləmə: 13 Dekabr 2024 00:43
BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin (İTC) sədri Hasan Turanın sədrliyi ilə Kərkükdə yüksək səviyyəli toplantı keçirilib. Toplantıda bölgədəki siyasi və təhlükəsizlik hadisələri dəyərləndirilib.
Bu barədə Türkməneli TV məlumat yayıb.
Bildirilib ki, “İTC sədri dekabrın 3-8-də paytaxt Bağdadda keçirilən Dövlət İdarəetmə Koalisiyasının iclasının xülasəsini çatdırıb. O, qonşu Suriyada baş verən proseslərə və İraqın bu prosesdə regional roluna diqqət çəkib”.
Məlumata görə, H.Turan bəyan edib ki, Suriya rejiminin devrilməsindən sonra yeni dövrün qurulmasının məsuliyyəti bütün seqmentləri ilə Suriya xalqına məxsusdur: “Suriyanın sevimli xalqına onun ərazi bütövlüyünü qorumaq və terrordan təmizləmək üçün lazımi dəstək göstərilməlidir”.
İclasda həmçinin vurğulanıb ki, İraq Türkmən Cəbhəsi türkmən millətinin qanuni hüquqlarını təmsil edən strateji sabitlərə sadiq qalmağa davam edir.
İlk şərhi yaza bilərsiniz