Son yeniləmə: 13 Dekabr 2024 11:14
BAYRAQDAR MEDİA – 2023-cü il Nobel Sülh Mükafatının qalibi, qadın hüquqları müdafiəçisi və Güney Azərbaycanlı siyasi məhbus, hazırda isə tibbi məzuniyyətdə olan Nərgiz Məhəmmədi dekabrın 12-də Nobel Komitəsinə video zənglə müsahibə verib.
Xəbəri “Azad İran” Telegram kanalı “Amerikanın Səsi”nə istinadla yayımlayıb.
N.Məhəmmədi qeyd edib ki, “Həbsxanadan kənarda daha çox şey edə bilsəm də zindanın məni susdurmasına icazə verməyəcəyəm. Qadın və insan hüquqlarına, eləcə də azadlığıma bağlılığımı heç bir həbsxana divarı mane ola bilməz. İnsan və qadın hüquqlarını müdafiə etmək cinayət deyil”.
N.Məhəmmədi İranda siyasi məhbusların səssizcə edam edilməsini pisləyib və bildirib ki, fəaliyyətini davam etdirməsi üçün azad olmalıdır. Güney Azərbaycanlı siyasi məhbusun sözlərinə görə, “İslam Respublikası onu susdura bilsə belə, onun üçün heç bir şey dəyişməyəcək, çünki İran xalqı artıq ayağa qalxıb”.
İlk şərhi yaza bilərsiniz