Son yeniləmə: 13 Dekabr 2024 01:17
BAYRAQDAR MEDİA– “Suriyada vətəndaş müharibəsi başlamazdan öncə təxminən 100 min erməninin yaşadığı ehtimal edilir. 60 mini Hələbdə, 8 mini Qamışlıda, 6-7 mini Şamda məskunlaşmış ermənilərin Şam, Hələb, Latakiya kimi şəhərlərdə kilsələri, məktəbləri, mədəniyyət mərkəzləri mövcud olub”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.
Onunu sözlərinə görə, bu, BƏƏS rejiminin, başqa sözlə desək, Əsdə rejiminin erməni sevgisindən xəbər verir: “Təsəvvür edin ki, BƏƏS rejimi ermənilər üçün necə münbit ortam yaradıb ki, Suriya erməni icması bütün erməni diasporları içində ən mütəşəkkili hesab olunurmuş… Vətəndaş müharibəsinin başlaması ilə Suriyadan on minlərlə erməni, başda Ermənistan olmaqla başqa dövlətlərin ərazisinə daşınıb. Onlardan bir bölümü vaxtilə Azərbaycanın işğal altındakı torpaqlarına köçürülərək, qeyri-qanuni məskunlaşdırılmışdı”.
Ə.Qoşalı deyib ki, Suriyanın bəzi hərbi-siyasi qruplaşmaların nəzarətində olan bölgələrində, onlarla qanunsuz işbirliyi içində olan erməni milislərinin idarə etdiyi məhəllələr vardı: “Təqribən 20 minə yaxın erməninin ən son günlərədək Suriyada qaldığı ehtimal olunur”.
İlk şərhi yaza bilərsiniz